Karyera

İnsan Resusları

Bakı Karton, qloballaşan dünyada rəqabətdə fərq yaratmaq üçün ən vacib sərmayəsinin insan resursları olduğunun fərqindədir.

Bu məqsədlə əməkdaşlarının motivasiya və məmnuniyyətinə böyük əhəmiyyət verir. Tərkibində minlərlə insana iş imkanı yaradan Bakı Karton, öz inkişafını və böyüməsini davam etdirərkən, cəmiyyətə faydalı olmağın qürurunu yaşayır.

Bakı Karton olaraq, çalışdığı qurumun gələcəyi ilə öz həyatını birləşdirən və gördüyü işlərlə dəyər yaradan insanların formalaşdırdığı bir quruluşa inanırıq.

Bakı Karton, vizyonu və gələcək strategiyaları çərçivəsində, müxtəlif səviyyələrdə fəaliyyət göstərən əməkdaşların təlim və inkişaf fəaliyyətlərini eyni səviyyəyə çatdırmaq, əməkdaşların işlərini təhlükəsiz və effektiv şəkildə icra edərkən karyera hədəflərini reallaşdırmalarına dəstək olmaq məqsədilə təlim və inkişaf fəaliyyətlərini davam etdirir.

Bu məqsədlə qurulan Bakı Karton Akademiyası, əməkdaşların fərdi tələbləri ilə yanaşı, şirkətin ehtiyaclarını və qanuni tələbləri də nəzərə alaraq təlim və inkişaf fəaliyyətlərinə davam edir.

Təlimlərimiz, Oryentasiya Təlimləri, Fərdi İnkişaf Təlimləri, Texniki İnkişaf TəlimləriPeşəkar İnkişaf Təlimləri olaraq kateqoriyalara ayrılır. Liderlik İnkişaf Proqramları çərçivəsində əməkdaşlarımızın liderlik bacarıqlarını inkişaf etdirməyi hədəfləyən akademiya proqramları həyata keçirilir.